İranda etirazlarda öldürülən 372 nəfərin şəxsiyyəti bəlli oldu
Bildirilib ki, ən çox qətlə yetirilənlər üzrə Sistan və Bəlucistan əyaləti birinci yerdədir. Bu bölgədə rejimin hərbi polis qüvvələrinin qətlə yetirdiyi 108 nəfərin kimliyi müəyyən edilib. Sonrakı yerdə Qərbi Azərbaycan (47 nəfər), Tehran (44 nəfər) və s. gəlir.
Rejim qüvvələri ən qanlı hadisələri sentyabrın 29-30-u, noyabrın 4-5-i və 24-26-da törədib. Hüquq müdafiəçilərinin apardığı araşdırmalara əsasən, aksiya zamanı öldürülən etirazçıların sayı 500-dən çox olub.
Xatırladaq ki, 2022-ci ilə sentyabrın 17-də İranda rejimin tətbiq etdiyi hicab qaydalarına etiraz olaraq kütləvi nümayişlər, yürüşlər keçirilib. Aksiyalarda Tehran hakimiyyəti əleyhinə “Diktatora ölüm!”, “Bu hakimiyyət batildir, Xamenei qatildir!”, “Azadlıq, Ədalət, Milli hökumət”, “Qadın, Azadlıq, Ədalət!” və başqa şüarlar səslənib. Aksiyalar hələ də davam edir. Hakimiyyət hicab qaydaları ilə bağlı yeni qanun layihəsini müzakirə edir.(Report)
AzVision.az
Teqlər: