İtaliya sahillərində gəmi batıb: 40-dan çox ölən var
Cəmi dörd nəfər sağ qalıb ki, onlardan üçü kişi, biri isə qadındır. Sağ qalanlar xilasedicilərə gəmiyə üçü uşaq olmaqla, 45 nəfərin mindiyini deyiblər.
Onlar bildiriblər ki, 7 metr uzunluğu olan gəmi keçən həftənin cümə axşamı Tunisin Sfaks şəhərindən yola çıxıbmış. Lakin hündür dalğaların gəmini vurmasından bir neçə saat sonra o batıb. Güman edilir ki, yalnız 15 nəfərin xilasedici jileti olub.
4 miqrantı yaxınlıqdan keçən yük gəmisində olanlar xilas edib. Daha sonra tunislilər İtaliya Sahil Mühafizəsinin gəmisinə köçürülüblər.
Son günlər İtaliyanın patrul gəmiləri və xeyriyyə qrupları Lampeduzaya gələn 2000 nəfəri xilas edib.
Bu il isə Şimali Afrikadan Avropaya keçmək istəyən 1800-dən çox insan həyatını itirib.
Tural Tağıyev
AzVision.az