İran hökuməti bəhailərə qarşı təzyiqləri dayandırmır
Hadi Mənsurinin başçılıq etdiyi Məşhəd İnqilab məhkəməsinin birinci şöbəsi tərəfindən çıxarılan hökmə görə, xanım Təfzəli “daxili təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq”, “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək niyyəti ilə toplaşmaq və qabaqcadan əlbir olmaq” və “məzhəb, qrup, icma və bu kimi şeylər şəklində müqəddəs İslam qanunlarına zidd olan və ya onu pozan azğın maarifləndirmə və ya təbliğat fəaliyyəti” ittihamları üzrə təqsirləndirilir.
Sanaz Təfzəliyə qarşı “bəhai inancı ilə bağlı kitablar və əsərlər ərsəyə gətirmək”, “bəhai uşaqları üçün maarifləndirici qrup yaratmaq” kimi absurd ittihamlar da irəli sürülüb.
Bundan əlavə, “Hengav” İnsan haqları təşkilatı Sərdəşt şəhərinin Ramin Həsənnejad adlı bəhai vətəndaş fəallarından birinin hökumət qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparıldığını açıqlayıb. Məlumata görə, Sərdəştin Sisar kəndindən olan Həsənnejad çərşənbə axşamı həbs edilib və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, heç bir məlumat açıqlanmayıb.
AzVision.az