Rusiya XİN: "Qərb ölkələrini Rusiyadakı daxili vəziyyətdən istifadə etməməyə çağırırıq"
“Əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq”, - bəyanatda deyilir.
"Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, ədalətli çoxqütblü dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimiz və xarici tərəfdaşlarımız tərəfindən bu prinsipial mövqenin başa düşülməsini yüksək qiymətləndiririk”, - XİN-dən qeyd ediblər.
AzVision.az