Danimarka: "İranın Kopenhagendəki səfrinə İran vətəndaşı hücum edib"

   Danimarka:    "İranın Kopenhagendəki səfrinə İran vətəndaşı hücum edib"
  24 İyun 2023    Oxunub:788
Danimarka prokurorluğu İranın Kopenhagendəki səfirinə bıçaqla hücum etməyə cəhd göstərən iranlıya qarşı ittiham aktı açıqlayıb.
AzVision.az bildirir ki, ttiham aktının mətnində İranın adı birbaşa çəkilmədən bu ittihamların “xarici səfirliyə hücumla bağlı” irəli sürüldüyü vurğulanır.
Bununla belə, AFP agentliyi məlumatlı mənbəyə istinadən ittiham aktının ötən ilin payızında İranın Kopenhagendəki səfirliyinin binasında baş vermiş hücumla bağlı çıxarıldığını açqılayıb.

Ötən il oktyabrın 7-də baş verən hücumdan sonra Danimarka polisi silahlı basqınçının İranın bu ölkədəki səfiri Əfsanə Nadipura “bıçaqlamaq məqsədi ilə” hücum etdiyini açıqlamışdı. 33 yaşlı iranlı olduğu deyilən hücumçu İranın diplomatik nümayəndəliyinin əməkdaşları tərəfindən səfirliyin binasında saxlanılaraq Danimarka polisinə təhvil verilib.

Danimarka prokurorluğunun məlumatına görə, dərhal həbsxanaya aparılan hücumçu saxlanma müddətinin çox hissəsini psixiatriya palatasında keçirib. Onun məhkəməsinin vaxtı hələ ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan həmin hücumla bağlı Danimarka polisinin fəaliyyətini tənqid etmişdi.

- Avropanın göbəyində diplomatik toxunulmazlığı olan xanıma və səfirə belə hücum edilməsi və polisin vaxtında gəlməməsi təəssüf doğurur”, - Abdullahiyan demişdi.

Halbuki, Kopenhagen hadisəsindən bir neçə ay sonra Azərbaycanın İrandakı səfirliyinə avtomatik odlu silahla hücum zamanı səfirliyin bir əməkdaşı qətlə yetiriləndə, bir neçə əməkdaşı isə yaralananda Abdullahiyan öz ölkəsinin Daxili İşlər nazirliyini tənqid etmək üçün özündə cəsarət və yaxud da siyasi iradə tapmadı.
AzVision.az



Teqlər: Danimarka   İran  





Xəbər lenti