Tehran ABŞ-ni və müttəfiqlərini İranı ləkələməkdə günahlandırıb

Tehran ABŞ-ni və müttəfiqlərini İranı ləkələməkdə günahlandırıb
  24 İyun 2023    Oxunub:922
Vaşinqtonun və onun Avropadakı müttəfiqlərinin BMT-nin Baş katibini İranla Rusiya arasında hərbi əməkdaşlıq, xüsusilə PUA-ları istehsalı ilə bağlı araşdırma aparmağa çağırması barədə məlumat verimişdik. Bu çağırışa Tehranın reaksiyası özünü çox gözlətməyib.

AzVision.az xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi ABŞ-nin və Avropa ölkələrinin tələbini siyasi şou kimi qiymətləndirib.

“Bu hərəkət Ukrayna müharibəsində İranı ləkələmək üçün siyasi şoudur. Onlar PUA-larla bağlı 2231 saylı Qətnamənin Katibliyinə daxil olmaq üçün qanunsuz tələblərini irəli sürməyə müvəffəq ola bilmirlər. Ona görə də, mütəşəkkil yazışmalar və belə siyasi şoular vasitəsilə bu sənədin qətnaməsinin icrasına dair BMT-nin Baş katibi Antonio Quterreşin altı aylıq dövri hesabatına təsir etmək istəyirlər”, - bəyanatda deyilir.

Qeyd edək ki, iyunun 9-da Ağ ev İranın Rusiya-Ukrayna müharibəsində hərbi iştirakına dair yeni sənədləri dərc edərək, Moskvanın Tehranın köməyi ilə öz ərazisində PUA istehsalı zavodu yaratmağa hazırlaşdığını açıqlayıb. Bayden administrasiyasının Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə Rusiyanın may ayına qədər İrandan “yüzlərlə intiharçı PUA və onların istehsalı avadanlığını aldığını bəyan edib.
AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti