Blinken G7 və Aİ-dən olan həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə edib

   Blinken G7 və Aİ-dən olan həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə edib
  24 İyun 2023    Oxunub:1078
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken G7-dəki həmkarları və Aİ diplomatiyasının rəhbəri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.
“Dövlət katibi Blinken bu gün Rusiyadakı vəziyyəti müzakirə etmək üçün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin Xarici İşlər və Müdafiə Siyasəti üzrə Ali Nümayəndəsi ilə danışıb”, - Miller jurnalistlərə bildirib.

Miller deyib ki, Blinken ABŞ-ın Ukraynaya dəstəyinin dəyişməyəcəyini qeyd edib.

Dövlət Departamentinin sözçüsü əlavə edib: "Vəziyyət inkişaf etməyə davam etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada qalacaq".

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Yevgeni Priqojin isə silahları yerə qoyub təslim olmaqdan imtina edib.

“Biz döyüşmüşük və doyüşürük. "Vaqner"lər Federal Təhlükəsizlik Şurasının rəhbərinin və ya bir başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Biz Putinə və "FSB"-yə itaət etməyəcəyik. Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməkdə yanılır. Vaqner bu ölkənin korrupsiya və bürokratiya içində yaşamasını istəmir” - Priqojin bildirib.

"Vaqner" döyüşçülərinin artıq Tulada olduğu qeyd edilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti