"Vaqner" artıq Tuladadır
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Yevgeni Priqojin isə silahları yerə qoyub təslim olmaqdan imtina edib.
“Biz döyüşmüşük və doyüşürük. "Vaqner"lər Federal Təhlükəsizlik Şurasının rəhbərinin və ya bir başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Biz Putinə və "FSB"-yə itaət etməyəcəyik. Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməkdə yanılır. Vaqner bu ölkənin korrupsiya və bürokratiya içində yaşamasını istəmir” - Priqojin bildirib.
AzVision.az
Teqlər: