Putin Moskvanı tərk edib? - Açıqlama

 Putin Moskvanı tərk edib? -  Açıqlama
  24 İyun 2023    Oxunub:1059
Rusiya prezidenti Vladimir Putin hazırda Kremldə işləyir.
Putin xalqa və üsyançılara müraciət etdi - VİDEO
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" prezidentin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb. O bildirib ki, Putinin Sank-Peterqburqa getməsi barədə xəbərlər yalandır.

Qeyd edək ki, Putinin təyyarəsinin Moskvanı tərk etməsi barədə xəbər yayılıb.

İyunun 24-də "Vaqner" PMC-nin qüvvələri şirkətin yaradıcısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rostov-na-Dona daxil olub. Rusiya prezidenti Vladimir Putin ruslara müraciətində bunu üsyan adlandırıb və baş verənləri “arxadan bıçaq zərbəsi” , eləcə də cəmiyyəti parçalamaq cəhdi adlandırıb. Putin əlavə edib ki, “xəyanət yoluna qəsdən qədəm qoyan hər kəs qaçılmaz cəzaya məruz qalacaq”.

AzVision.az


Teqlər:   Rusiya   Vaqner  





Xəbər lenti