"Şər yolunu seçən hər kəs özünü məhv edir" - Zelenskidən Rusiyadakı hadisələrə şərh

   "Şər yolunu seçən hər kəs özünü məhv edir" -    Zelenskidən Rusiyadakı hadisələrə şərh
  24 İyun 2023    Oxunub:1154
"Rusiya öz qüvvələrini Ukrayna torpaqlarında nə qədər uzun müddət saxlasa, bir o qədər xaos və problemlər yaranacaq".
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Rusiyada "Vaqner" in rəhbəri Yevgeni Priqojin tərəfindən təşkil edilən üsyanı şərh edərkən deyib.

"Şər yolunu seçən hər kəs özünü məhv edir. Başqa bir ölkənin həyatını məhv etmək üçün hərbi kolonnalar göndərir, lakin həyat müqavimət göstərəndə onları qaçmaqdan və xəyanətdən saxlaya bilmir. O, insanlara xor baxır və yüz minlərlə insanı müharibəyə atır – nəhayət, özünün silahlandırdığı şəxslərdən Moskva vilayətində barrikada qura bilmək üçün”,- Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya tərəfi öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edib, ancaq indi o qədər xaos var ki, bunu heç bir yalanla gizlədə bilmir.

"Rusiyanın zəifliyi göz qabağındadır. Tam miqyaslı zəiflik. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, o zaman özü üçün ağrılar və problemlər olacaq. Bu da göz qabağındadır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti