Netanyahu: İranın qabaqcıl İsrail silahlarına çıxış almasından narahatıq
Kiyevin Təl-Əvivin Ukraynaya hərbi dəstəyini artırmaqda israrından sonra, xüsusilə də İranın bu müharibəyə müdaxiləsini nəzərə alaraq, İsrailin baş naziri ölkəsinin Ukraynanı dəstəklədiyini, lakin ehtiyatlı davranmalı olduğunu söyləyib.
“İsrail bu müharibəyə qarşı “mötədil” mövqe tutub və bunu “doğru” hesab edir. Ukraynanın silahlanmasını dəstəkləyən Qərb ölkələrindən fərqli olaraq, İsrail Rusiya ilə hərbi sərhəd tapıb. İranın ölkənin şimal sərhədlərində hərbi varlıq yaratmaq cəhdlərinə qarşı çıxmaq üçün İsrailin hərəkət azadlığı olması vacibdir. Ukraynaya silah göndərilməməsinin ikinci səbəbi Ukrayna cəbhələrindən İsrail silahlarının İranın əlinə keçəcəyi və İsrailə qarşı istifadə olunacağı ilə bağlı narahatlıqdır” , - Netanyahu deyib.
İsrailin baş nazirini fikrincə, bu tamamilə mümkün bir ssenaridir. Çünki, Qərbin Ukraynaya göndərdiyi tank əleyhinə sistemlər İsrail sərhədləri ətrafında görünüb. Digər tərəfdən isə, İsrail tərəfsizliyinə görə Rusiya və Ukrayna arasında vasitəçilik də edə bilər.
Beynəlxalq məsələlər üzrə ekspert Nikolay Mitroxinə İsrailin öz sistemlərini üçüncü ölkələr vasitəsilə Ukraynaya çatdırması ehtimalının az olduğunu bildirib. Onun fikrincə, öz adət və prinsiplərinə görə, İsrail Ukraynaya hərbi yardımı təsdiqləyə bilməz. Çünki İran və Rusiya Ukraynaya qarşı müharibədə hərbi əməkdaşlıq etdiklərini təsdiqləmirlər.
Bununla belə, Ukrayna və İsrailin müdafiə nazirləri son telefon danışığında İranı ümumi düşmən adlandırıblar və Kiyev yenə də İsrailin Ukraynaya İran PUA-ları ilə mübarizədə köməyinə ümid etdiyini deyib.
AzVision.az