NATO Rusiyadakı vəziyyəti izləyir

   NATO Rusiyadakı vəziyyəti izləyir
  24 İyun 2023    Oxunub:743
"Şimali Atlantika Alyansı (NATO) Rusiyada yaranan vəziyyəti izləyir".
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi "Vaqner" özəl hərbi təşkilatın təsisçisi Yevgeni Priqojinin hərəkətləri ətrafında yaranmış vəziyyəti şərh edərlən deyib.

"Biz vəziyyəti izləyirik", - alyansın mətbuat xidməti əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Priqojinin Telegram kanalında bir neçə video yerləşdirilib. Xüsusilə o, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Bu bəyanatlarla əlaqədar Rusiya Federasiyasının FSB-si silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Rusiya prezidenti Vladimir Putin şənbə vətəndaşlara müraciətində "Vaqner" PMC strukturlarının hərəkətlərini silahlı üsyan və xəyanət adlandıraraq, üsyançılara qarşı tədbirlərin sərt olacağını əmin edib.

AzVision.az


Teqlər: NATO   Rusiya  





Xəbər lenti