Şarl Mişel: "Aİ Rusiyada baş verənləri diqqətlə izləyir"

      Şarl Mişel:    "Aİ Rusiyada baş verənləri diqqətlə izləyir"
  24 İyun 2023    Oxunub:1331
Avropa İttifaqı ölkələri və “Yeddilik” qrupunun (G7) liderləri ilə Rusiyanın “daxili işi” olan vəziyyətlə bağlı əlaqə saxlayır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Rusiyadkı hadisələrə Aİ-nin mövqeyini şərh edərkən deyib.

"Mən Rusiyada baş verənləri diqqətlə izləyirəm. Aİ liderləri və G7 tərəfdaşları ilə sıx əlaqə saxlayıram. Bu, açıq-aydın Rusiyanın daxili işidir", - Mişel bildirib.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.


Teqlər:





Xəbər lenti