İrəvanda partlayış, yaralı var

   İrəvanda partlayış,    yaralı var
  24 İyun 2023    Oxunub:765
İrəvanda elektrik yarımstansiyasında partlayış olub. Bu barədə shamshyan.com saytı məlumat yayıb.
Bildirilib ki, hadisə Şinanararneri küçəsində yerləşən yarımstansiyada baş verib. Qəza nəticəsində bir nəfər yaralanıb. Onun əlindən və üzündən yanıq xəsarətləri aldığı qeyd edilir.

İlkin məlumata görə, həmin şəxs “Selena Servis” MMC-nin işçisidir, yarımstansiya da şirkət tərəfindən idarə olunur.

Hadisə qısaqapanma nəticəsində baş verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti