Putin Rusiyanı müdafiə edəcəyinə söz verdi - VİDEO

   Putin Rusiyanı müdafiə edəcəyinə söz verdi -  VİDEO
  24 İyun 2023    Oxunub:888
Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində ölkəsinin dövlət başçısı və vətəndaşı kimi vətəninin müdafiəsi üçün hər şeyi edəcəyini bildirib.
Putin xalqa və üsyançılara müraciət etdi - VİDEO
Dövlət başçısı konstitusiya quruluşunu, Rusiya vətəndaşlarının həyatını, təhlükəsizliyini və azadlığını qoruyacağına söz verib.



İyunun 23-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, sosial şəbəkələrdə "Vaqner" muzdlu təşkilatın təsisçisi Yevgeni Priqojinin adından yayılan mesajlar və videolar guya “Rusiya Müdafiə Nazirliyinin Vaqner PMC-nin arxa düşərgələrinə zərbə endirməsi” reallığa uyğun gəlmir və informasiya təxribatıdır.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyətlə bağlı məlumat verilib.

Milli Antiterror Komitəsi bildirib ki, Priqojinin açıqlamalarından sonra hərbi qiyam çağırışı ilə bağlı iş açılıb.

AzVision.az


Teqlər:   Putin  





Xəbər lenti