Putin: "Üsyan Rusiyanı kapitulyasiyaya sövq edir"

      Putin:    "Üsyan Rusiyanı kapitulyasiyaya sövq edir"
  24 İyun 2023    Oxunub:874
Üsyan cəhdi Rusiyanı məğlubiyyətə və kapitulyasiya sövq edir. Eyni zamanda xüsusi hərbi əməliyyatın iştirakçılarının adını, şöhrətini ləkələyir.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciətində deyib.

"Ölkəni anarxiyaya və qardaş qırğına, sonda məğlubiyyətə və təslim olmağa sövq edənlər də xəyanət ediblər”, - deyə prezident bildirib.

Prezident bəzi rusların təhdid və hiylə ilə silahlı üsyan cəhdinə qoşulmağa məcbur edildiyini bildirib və onları dayandırmağa çağırıb. Onun sözlərinə görə, qiyamın təşkilatçıları cəzalandırılacaq.

AzVision.az


Teqlər:   Putin   Rusiya   Vaqner  





Xəbər lenti