"Vaqner”in Sankt-Peterburqdakı binası mühasirəyə alınıb

   "Vaqner”in Sankt-Peterburqdakı binası mühasirəyə alınıb
  24 İyun 2023    Oxunub:1292
Rusiyanın güc strukturlarının əməkdaşları “Vaqner” Xüsusi Hərbi Şirkətinin Sankt-Peterburqdakı binasını mühasirəyə alıb.
Rusiya MN-dən "Vaqner" döyüşçülərinə çağırış: "Silahlı üsyanda iştirakdan imtina edin"
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, binada yoxlama aparılır.

Məlumata görə, əməliyyatı Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları keçirir. Onlar binaya mülki geyimli şəxslərlə birlikdə daxil olublar.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

AzVision.az


Teqlər:   Rusiya   Vaqner  





Xəbər lenti