Voronejdə yol bağlandı - VİDEO

 Voronejdə yol bağlandı -  VİDEO
  24 İyun 2023    Oxunub:1101
Rusiyada M-4 “Don” avtomobil yolunun 464-cü km-dən 777-ci km-ə qədər olan hissəsində avtomobillərin hərəkəti dayandırılıb. Bu barədə vilayət qubernatoru Aleksandr Qusev özünün Teleqram kanalında məlumat verib.
"Hazırda rayonun M-4 Don avtomobil yolunda 464-cü km-dən 777-ci km-ə qədər olan hissəsində avtomobillərin hərəkəti bağlanıb. Sakinləri rayon və yerli əhəmiyyətli yollarla hərəkətdən çəkinməyə çağırıram", - deyə rayon rəhbəri yazıb.
***
“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

Rusiya MN-dən "Vaqner" döyüşçülərinə çağırış: "Silahlı üsyanda iştirakdan imtina edin"
AzVision.az xəbər verir ki, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.

“Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, - deyə məlumatda deyilir.

Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.



AzVision.az


Teqlər:   Rusiya   Vaqner  





Xəbər lenti