Moskvada gərginlik artır: Ordu döyüşə hazır vəziyyətə gətirildi

      Moskvada gərginlik artır:    Ordu döyüşə hazır vəziyyətə gətirildi
  24 İyun 2023    Oxunub:1171
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.
Bu barədə “BBC”nin Rusiya xidməti məlumat yayıb. Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

“Vaqner”in rəhbəri Rusiyada: “Hər şeyi məhv edəcəyik”
Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

AzVision.az


Teqlər:   Vaqner  





Xəbər lenti