Aİ İrana qarşı doqquzuncu sanksiyalar paketini təsdiqləyəcək

   Aİ İrana qarşı doqquzuncu sanksiyalar paketini təsdiqləyəcək
  23 İyun 2023    Oxunub:881
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri iyunun 26-da Lüksemburqda keçirilməsi planlaşdırılan iclasda İrana qarşı doqquzuncu sanksiyalar paketini təsdiq edəcəklər.
Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Brüssel hesab edir ki, İran hökməti insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır.

“İrana qarşı doqquzuncu sanksiyalar paketi təsdiqlənəcək", - nümayəndə deyib. Eyni zamanda diplomat bir daha vurğulayıb ki, Avropa İttifaqının Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, Brüssel hələ də İranın nüvə proqramı ilə bağlı razılığa gələcəyinə ümid edir.

Avropa İttifaqı daha əvvəl bu ölkədə insan haqlarını pozduğuna görə İrana qarşı səkkiz sanksiya paketi tətbiq edib.

Məhdudiyyətlərə Avropa aktivlərinin dondurulması, Avropa İttifaqına girişin qadağan edilməsi
və Avropa şirkətlərinə qara siyahıda olanlarla hər hansı biznes əlaqəsinə qadağa qoyulması daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İran  





Xəbər lenti