Respublikaçı konqresmenlər Ağ ev rəsmilərindən hesabat istəyirlər

Respublikaçı konqresmenlər Ağ ev rəsmilərindən hesabat istəyirlər
  23 İyun 2023    Oxunub:872
İranın bloklanmış milyardlarla dollar vəsaitinin azad edilməsi qarşılığında Tehranla nüvə sazişini yeniləmək üçün gizli səylər göstərdiyinə görə, ABŞ Konqresinin respublikaçı üzvləri Co Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərini məhkəməyə çağırmağı planlaşdırırlar. “Washington Free Beacon” saytının hesabatında belə məlumat yerləşdirilib.
AzVision.az həmin məlumata istinadən bildirir ki, ABŞ Konqresinin ən böyük mühafizəkar “Respublikaçı Araşdırma komitəsi” fraksiyası təcili plan çərçivəsində Bayden administrasiyasının Konqres nəzarətindən yayınaraq İranla yeni razılaşmaya gətirib çıxaracağı gözlənilən gizli danışıqları ilə bağlı çoxtərəfli araşdırmaya başlamağa çalışır.

Tehranla bağlı qapılar arxasında diplomatiyada əsas rol oynadıqları düşünülən ABŞ hökumətinin İran məsələləri üzrə nümayəndəsi Robert Mallini və Ağ Evin Milli Təhlükəsizlik şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerki komitə təhqiqat çərçivəsində dinləmələrə çağırmağı planlaşdırır.

“Bayden hökumətinin diplomatları bu rejimə on milyardlarla dollar ödəyə bilmək üçün İranın terrorçu rejimi ilə gizli və qeyri-qanuni razılaşma əldə etməyə çalışırlar. Onlar istəmirlər ki, nə Konqresin, nə də Amerika xalqının Bayden administrasiyasının İranla bağladığı razılaşmanın şərtləri və ya yuxarıdakılara göndərəcəkləri məbləğ haqqında məlumatı olsun”, - Respublikaçılar Tədqiqat komitəsinin “Free Beacon” saytındakı deyilir.

Bayden administrasiyası İranla danışıqlarda iştirakını inkar etsə də, son aylarda bir neçə xəbərdə Amerika diplomatlarının Omandakı vasitəçilərin köməyi ilə Tehranla dolayı yolla danışıqlar apardığı iddia olunur.

ABŞ Konqresindəki mənbələr bu danışıqların Tehranla bir sıra “memorandum sazişləri”nə nail olmaq məqsədi güddüyünü və nəticədə minimum məhdudiyyətlər müqabilində ölkənin nüvə proqramı ilə bağlı İrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını nəzərdə tutduğunu bildiriblər. Onlar bu memorandumların İranla razılaşma barədə Amerika qanunvericilərinin səsvermə imkanından yan keçmək üçün hazırlandığını iddia edirlər.
AzVision.az



Teqlər: Ağev   konqresmenlər  





Xəbər lenti