ABŞ-ın İrana qarşı sanksiyaları daimi ola bilər

ABŞ-ın İrana qarşı sanksiyaları daimi ola bilər
  22 İyun 2023    Oxunub:773
Vaşinqtonun bir sıra problemlər ətrafında Tehranla danışıqlar aparması barədə son yayılan xəbərlər fonunda ABŞ Konqresinin Nümayəndələr palatasında İrana qarşı sanksiyalarla bağlı yeni təklif irəi sürülüb.
AzVision.az xəbər verir ki, ABŞ Nümayəndələr palatasının Xarici Əlaqələr komitəsi hər iki partiyanın nümayəndələrinin dəstəyi ilə 1996-cı ildə qəbul olunmuş İrana qarşı sanksiyaların daimi qüvvədə qalmasını nəzərdə qanun layihəsi təqdim edib.

Komitə tərəfindən yekdilliklə təsdiqlənən “İran sanksiyalarının konsolidasiyası qanunu” adlı bu layihə indi Nümayəndələr palatasının plenar iclasında səsverməyə çıxarılmalıdır.
Komitənin respublikaçı üzvü Maykl Stil “Fox News”da dərc olunan press-relizdə qanun layihəsinin qəbuluna görə Xarici Əlaqələr komitəsinə minnətdarlığını bildirərək, İranla yalnız sərt münasibətlərin effekt verdiyini söyləyib.

“İranın şeytani rejimi sübut etdi ki, onların xoş niyyətlə danışıqlar aparmasına etibar etmək olmaz. Yalnız güc yolu ilə biz onlara barışıq yolunu göstərə, xalqımıza qarşı amansız hücumlarına son qoya və İranın nüvə silahı əldə etməsinə mane ola bilərik. Birləşmiş Ştatlar bu sanksiyaları daimi etməklə İrana mesaj verir ki, onların bizə və müttəfiqlərimizə qarşı təcavüzünə dözməyəcəyik” , - Maykl Stil yazıb.
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti