"Qərb bizimlə sonuncu ukraynalıya qədər döyüşmək istəyir" - Putin

"Qərb bizimlə sonuncu ukraynalıya qədər döyüşmək istəyir" -   Putin
  22 İyun 2023    Oxunub:1198
"Qərb ölkələri Kiyevi əlavə avadanlıqla təmin edə bilər, lakin səfərbərlik ehtiyatı qeyri-məhdud deyil".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə deyib.

"“Mən başa düşürəm ki, bu, ilkin məlumatlardır, çünki döyüş meydanında hər şeyi sona qədər görmək mümkün deyil, amma ümumilikdə aydındır. Buradan belə nəticəyə gəlmək olar ki, təbii ki, texnika əlavə olaraq verilə bilər, lakin səfərbərlik ehtiyatı qeyri-məhdud deyil. Deyəsən, Ukraynanın Qərb müttəfiqləri həqiqətən də Rusiya ilə sonuncu ukraynalıya qədər döyüşmək qərarına gəliblər”, - Putin əldə olunan məlumatları şərh edərkən deyib.

Eyni zamanda, Rusiya lideri əlavə edib ki, döyüş tapşırıqlarını planlaşdırarkən nəzərə almaq lazımdır ki, Ukrayna ordusu hələ ki, bütün ehtiyatlarını tükəndirməyib.

"Düşmənin hücum potensialı tükənməyib. Bir sıra strateji ehtiyatlar hələ istifadə olunmayıb və sizdən döyüş işləri apararkən bunu nəzərə almanızı xahiş edirəm. Reallıqlardan çıxış etməlisiniz.

Putin bir gün əvvəl bildirib ki, Ukrayna Silahlı Qüvvələri ciddi şəxsi heyət və texnika itkisinə məruz qalır. Ukrayna prezidenti Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri istədiklərindən daha yavaş hərəkət edir.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna hərbçilərinin texnika və şəxsi heyətlə itkiləri barədə Putinə məlumat veriblər. Xüsusilə, Şoyqunun sözlərinə görə, hazırda Qərb ölkələrindən Kiyevə gətirilən və çatdırılması planlaşdırılan texnikanın xüsusi əməliyyatın gedişinə ciddi təsir etməyəcəyi aydındır. Patruşev bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücum zamanı 13 mindən çox itki verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti