Ukrayna Britaniya ilə enerji tərəfdaşlığı haqqında memorandum imzalayıb

Ukrayna Britaniya ilə enerji tərəfdaşlığı haqqında memorandum imzalayıb
  21 İyun 2023    Oxunub:978
Ukrayna və Böyük Britaniya enerji tərəfdaşlığına dair memorandum imzalayıblar.
Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko teleqramda bildirib.

"Böyük Britaniya xarici işlər nazirinin müavini Leo Doçerti ilə birlikdə biz ölkələrimiz arasında enerji tərəfdaşlığı haqqında memorandum imzaladıq", - Qaluşenko yazıb.

Qaluşenkonun sözlərinə görə, 62 milyon funt sterlinq (78,7 milyon ABŞ dolları) məbləğində “InnovateUkraine” innovasiya fondu yaradılacaq.

Bundan əlavə, nazir qeyd edib ki, Ukraynanın enerji təhlükəsizliyi proqramlarının 30 milyon dollara maliyyələşdirilməsi haqqında saziş imzalanıb.


Teqlər:





Xəbər lenti