ATƏT: "Ukraynalı uşaqların ölkədən çıxarılması Rusiyanın hərbi cinayətidir"

      ATƏT:    "Ukraynalı uşaqların ölkədən çıxarılması Rusiyanın hərbi cinayətidir"
  04 May 2023    Oxunub:1408
Rusiya ukraynalı uşaqları ölkələrindən çıxararaq müharibə cinayəti törədib.
AzVision.az xəbər verir ki, bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hesabatında deyilir.

Sənəddə bildirilir ki, Rusiyaya və nəzarətində olan ərazilərə deportasiyalar da insanlığa qarşı cinayət sayıla bilər. ATƏT-in 57 üzv dövlətindən 45-i tərəfindən təyin edilmiş Latviya, Norveç və Çexiyadan olan hüquq ekspertləri dəqiq rəqəmlərin hələ də bəlli olmadığını bildiriblər. Lakin genişmiqyaslı qaçqınlıq faktı nə Ukrayna, nə də Rusiya tərəfindən mübahisələndirilir”.

ATƏT Rusiyanı Ukraynadan uşaq ixracını dərhal dayandırmağa çağırıb və Beynəlxalq Cinayət Məhkəməsinin də bu məsələni araşdırdığını bildirib. Mart ayında Haaqa məhkəməsi Vladimir Putinin, eləcə də Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar hərbi cinayətlərdə, xüsusən də ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasında şübhəli bilinirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti