ABŞ-dan Rusiyanın ittihamına cavab: "Gülüncdür"
![ABŞ-dan Rusiyanın ittihamına cavab: "Gülüncdür" ABŞ-dan Rusiyanın ittihamına cavab: "Gülüncdür"](https://azvision.az/photos/2023/05/1683213276.jpg)
"Sizi əmin edə bilərəm ki, ABŞ-ın müdaxiləsi olmayıb. Hər nədirsə, biz onun içində deyilik. Peskov sadəcə yalan söyləyir", deyən Kirbi Rusiyanın iddialarını “gülünc” adlandırıb.
ABŞ-ın Ukraynanı sərhədyanı hücumlara təşviq etmədiyini və buna icazə vermədiyini vurğulayan Kirbi özünümüdafiə şərtlərini və onların həyata keçirdikləri əməliyyatları diktə etmədiklərini qeyd edib.
Qeyd edək ki, Kremlin sözçüsü Peskov Kreml Sarayına pilotsuz təyyarə ilə edilən hücuma görə ABŞ-ı məsul tutaraq bildirib ki, "Kiyev və Vaşinqtonun bu hücumu rədd etməsi cəfəngiyatdır. "Bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız ona deyilənləri edir”.
Kremlin Mətbuat Xidmətindən dünən verilən açıqlamada Ukrayna tərəfindən gecə saatlarında 2 PUA ilə Kreml Sarayına hücum cəhdinin edildiyi və PUA-ların zərərsizləşdirildiyi açıqlanıb. Hücum “Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi” və “planlaşdırılmış terror hücumu” kimi qiymətləndirilib.
AzVision.az
Teqlər: