Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub

   Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub
  04 May 2023    Oxunub:1022
"İndiyə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, təxliyə edilənlərin 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, aprelin 15-də Sudanda Çevik Cavab Qüvvələri (ÇCQ) ilə ordu arasında toqquşma başlayıb. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti