Ermənistanda saxlanılan iranlılar aclıq aksiyasına başladılar - VİDEO

   Ermənistanda saxlanılan iranlılar aclıq aksiyasına başladılar    - VİDEO
  04 May 2023    Oxunub:1276
Ermənistanda həbsdə olan İran vətəndaşları aclıq aksiyalarına başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb. Məhbuslarla bağlı görüntülərdə qeyd edilir ki, onlar ağır vəziyyətdə olduqlarına görə ölüm aksiyasına start veriblər. Bildirilir ki, etirazçılar İran hökumətini onlarla maraqlanmağa çağırıblar.

Həbs edilən həmin şəxslər Ermənistana gələrkən özləri ilə metadon dərmanı gətirməkdə ittiham olunurlar.

Armavir həbsxanasında cəza çəkən iranlı məhbuslardan biri deyib: "Bizimlə maraqlanmadıqları üçün aclıq aksiyasına əl atmışam".


Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti