Almaniyanın daxili işlər naziri rusiyalı idmançıları hədələdi

   Almaniyanın daxili işlər naziri rusiyalı idmançıları hədələdi
  10 Aprel 2023    Oxunub:1307
Almaniyanın daxili işlər naziri, ölkədə idmana nəzarət edən Nensi Fezer, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarışlara qatılmasına icazə verəcəyi təqdirdə rusiyalı idmançılara viza verilməməsi ilə hədələyib.
Nazir almaniyalı idmançılarının rusların iştirakı ilə keçirilən yarışları boykot etməsinə qarşı çıxıb. Onun fikrincə, bu, uzun müddətdir hazırlaşan idmançılara zərər verəcək.

“Böyük idman yarışlarına ev sahibliyi edən ölkələr gücsüz deyil. Onlar viza şöbələri vasitəsilə rusların həqiqətən də iştirak edib-etməyəcəyinə təsir göstərə bilərlər. Almaniyada beynəlxalq yarışlar təşkil etsək, buna uyğun hərəkət edə bilərik. Biz həmişə aydın mövqe ilə hərəkət edəcəyik”.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə etmişdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti