İçib evinin pəncərəsindən ətrafı atəşə tutdu

İçib evinin pəncərəsindən ətrafı atəşə tutdu
  15 Mart 2023    Oxunub:789
Rusiyanın Kirov vilayətinin Vyatskiye Polyanı şəhərinin sakini alqkoqollu içki qəbul etdikdən sonra pəncərədən ətrafa atəş açıb.
AzVision.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Sokolov məlumat yayıb. xoşbəxtlikdən ətrafda olanlara güllə dəyməyib.

Qubernatorun sözlərinə görə, mənzildə ondan başqa heç kim olmayıb.

"Deyilənə görə, o, 16 ildir ki, alkoqollu içki qəbul etmirmiş. Görünür orqanizmi uzun illər öncə atdığı alkoqola indi qeyri-adekvat reaksiya verib", - məmur Telegram kanalında yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Atəş  





Xəbər lenti