Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı  müraciət edib
  08 Fevral 2025    Oxunub:274
Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarına müraciət açıqlayıb.
AzVision.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürdüyü bildirilir.

Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

"Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur. Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!”, - müraciətdə vurğulanıb.

AzVision.az


Teqlər: BDYPİ   müraciət  





Xəbər lenti