Ermənistanın müdafiə naziri istefa verməyəcəyini açıqladı

Ermənistanın müdafiə naziri istefa verməyəcəyini açıqladı
  15 Mart 2023    Oxunub:833
Ermənistanın müdafiə naziri Suren Papikyan istefa xəbərlərinə reaksiya verib. AzVision.az xəbər verir ki, o, jurnalistlərə verdiyi açıqlamada deyib ki, vəzifədən getməyə hazırlaşmır.
- Mən istefa vermək fikrində deyiləm və orduda islahatlar prosesini başa çatdırmaq niyyətindəyəm. Bunun nə qədər uğurlu olacağını isə zaman göstərəcək, -nazir qeyd edib. Papikyan jurnalistləri əmin edib ki, o və tabeliyində olan səlahiyyətli şəxslər gündəlik olaraq ordunu təchiz etmək, silah və hərbi texnika almaqla məşğuldurlar.

Qeyd edək ki, son günlər yerli mediada baş nazir Nikol Paşinyanla müdafiə naziri arasında fikir ayrılığı yaranması barədə məlumatlar dolaşır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti