Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb

Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb
  08 Mart 2023    Oxunub:1153
Suriya millisinin sabiq kapitanı Əhməd əl-Saleh futboldan ömürlük uzaqlaşdırılıb.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, buna hazırda "Əl-Caiş" komandasında çıxış edən 34 yaşlı müdafiəçinin "Əl-Vətba"ya qarşı çempionat matçında baş hakimə hücum çəkməsi səbəb olub.

Təcrübəli oyunçu qırmızı vərəqə aldıqdan sonra referinin üzərinə gedərək ona tüpürüb.

Əl-Saleh diskvalifikasiya ilə yanaşı, pul cəriməsi də alıb. Futbolçu 600 000 ABŞ dolları, klubu isə 1,2 milyon dollar ziyana düşüb.

AzVision.az



Teqlər:





Xəbər lenti