Qripdən tez sağalmaq üçün nə etməli? – Pulmonoloqdan açıqlama

   Qripdən tez sağalmaq üçün nə etməli? –    Pulmonoloqdan açıqlama
  02 Fevral 2023    Oxunub:1851
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.
Bu barədə pulmonoloq Oleq Abakumov bildirib.
“İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır. Xəstəliyin ilk yüngül əlamətləri az hiss olunan kimi bu dərmanı içmək lazımdır.

Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək.

Bunun üçün Oseltamivir adlı preparat effektivdir.

Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zaman bu dərmanı içmək olar.

Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.(medicina.az)


Teqlər:





Xəbər lenti