"Ermənistan müttəfiqlər üçün çətinliklər yaradır" - Rusiya XİN
!["Ermənistan müttəfiqlər üçün çətinliklər yaradır" - Rusiya XİN "Ermənistan müttəfiqlər üçün çətinliklər yaradır" - Rusiya XİN](https://azvision.az/photos/2023/01/756015619389528-1673519567.jpg)
Onun fikrincə, bu, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən qurmağa məcbur edir. XİN-dən verilən məlumata görə, artıq KTMT-də belə işlər aparılır.
"Biz güman edirik ki, nəticədə bu il KTMT sülhməramlılarının effektiv təliminin təşkili, onların əlaqələndirilməsi və bacarıqlarının artırılması üçün optimal həll yolları tapılacaq", - Zaxarova bildirib.
Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: