“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq

“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq
  06 Yanvar 2023    Oxunub:1642
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Real FM-in (“Real” Təhlil və İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107 FM dalğasında yayımlanan AzerNyuMeda Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının “IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Mərasim yanvarın 28-də baş tutacaq. Mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino Radio Kanalının soğruları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.

Qeyd edək ki, mükafat 2019-cu ildən təqdim olunur. 2019-cu ildə rejissor, aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub.

“Cinema Radio” Kino Radio Kanalının IV Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasiminə Azərbaycanın çoxprofilli şirkəti olan “Azman Holding” dəstək göstərir. Şirkət əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşıb.
“Azman Holding” ölkəmizdə idmanın təbliği və populyarlaşdırılması sahəsinə də töhfəsini verir. Holdinq çoxsaylı sosial-mədəni layihələri, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarını, gənclərin müxtəlif təşəbbüslərini dəstəkləyir. Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir.




Teqlər: Kino  





Xəbər lenti