Pəhləvanlıq, Molla Nəsrəddin lətifələri, çay mədəniyyəti UNESCO-nun irs siyahısında

   Pəhləvanlıq, Molla Nəsrəddin lətifələri, çay mədəniyyəti  UNESCO-nun irs siyahısında
  01 Dekabr 2022    Oxunub:487
Azərbaycanın irəli sürdüyü “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nomaniyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar Mərakeş Krallığının Rabat şəhərində keçirilən, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında verilib.

Həmçinin, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti