Conni Depp 25 ildən sonra ilk dəfə rejissorluq edəcək

   Conni Depp 25 ildən sonra ilk dəfə rejissorluq edəcək
  15 Avqust 2022    Oxunub:1211
Conni Depp 25 ildən sonra ilk dəfə rejissorluq edəcək.
Aktyor italyan rəssam Amadeo Modilyani haqqında film çəkəcək. Film “Modilyani” adlanacaq. Al Paçino və Barri Navidi prodüser kimi fəaliyyət göstərəcək. Film Dennis Makintayrın pyesi əsasında çəkiləcək. Hekayə perspektivsiz görünən bir sənətkarın həyatını kökündən dəyişdirən iki gündən bəhs edir. Hadisələr 1916-cı ildə Parisdə baş verir.

“Cənab Modilyaninin hekayəsini ekrana gətirə bildiyim üçün çox təsirləndim. Bu şərəfdir. Onun həyatı çətinliklərlə doludur, lakin nəticədə zəfərlə başa çatır - tamaşaçının özünü birləşdirə biləcəyi universal bir hekayə” - Conni Depp bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti