Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi

   Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi
  20 Aprel 2022    Oxunub:709
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.
AzVision.az -ın xəbərinə görə, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

Bu haqda FİFA-nın saytı xəbər yayıb.

E.Məmmədov 2022-ci il mayın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, FİFA Forward proqramının həyata keçirilməsi üzrə regional strategiyalara, inkişaf layihələrini müəyyən etmək və onların icrasını təmin etmək məqsədilə 55 FİFA üzvü olan Avropa assosiasiyalarının konkret tələblərini təhlil etmək üçün xüsusi məsuliyyət daşıyacaq. Yeni vəzifəsində o, FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti