Oyunda infarkt keçirən türkiyəli qapıçı öldü

Oyunda infarkt keçirən türkiyəli qapıçı öldü
  18 Aprel 2022    Oxunub:816
Türkiyəli veteran qapıçı Fatih Mumcu Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin final matçında infarkt keçirib.
AzVision.az -ın məlumatına görə, "Bodrum Bələdiyyəsi Masterlər" komandasının 43 yaşlı oyunçusu "9 sentyabr Masterlər"lə görüşdə özünü pis hiss edərək yerə yıxılıb.

Ona ilkin yardımı komanda yoldaşları göstərib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


AzVision.az


Teqlər: Futbolçu   Oyun  





Xəbər lenti