Qurban Qurbanovdan De Byazinin fikirlərinə münasibət

Qurban Qurbanovdan De Byazinin fikirlərinə münasibət
  10 Aprel 2022    Oxunub:730
"Bu, mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinə öz cavabdeh insanlar var".
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millimizin baş məşqçisi Canni De Byazinin komandasını qorxaq və xaraktersiz adlandırmasına münasibət bildirərkən deyib.

O, öz yerli futbolçularına milli komandada daha intizamlı olmalarını tapşırdığını qeyd edib: "Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəm. Futbolçlarımın hər biri canla-başla milli komandaya gedir .Dəfələrlə futbolçularıma bildirmişəm ki, milli komandada burdakından da intizamlı olsunlar. Onlara tam inanıram".

AzVision.az


Teqlər:





Xəbər lenti