"Qarabağ"dan böyükhesablı qələbə

 "Qarabağ"dan böyükhesablı qələbə
  10 Aprel 2022    Oxunub:1444
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.
AzVision.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

"Sumqayıt" evdə "Qarabağ"ı qəbul edib. Oyun Ağdam klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Digər görüşdə isə "Qəbələ" "Səbail"in qonağı olub. Oyunda gözlənilməz hesab qeydə alınıb. Autsayder olan meydan sahibləri "Qəbələ"ni 3 cavabsız qolla məğlub edib.

10 aprel (bazar)


20:30. “Səbail” – “Qəbələ” - 3:0

Qol: Adil Nağıyev, 41, Nikolas Raysel, 67, İbrahim Aslanlı, 73

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

ASCO Arena

18:30. “Sumqayıt” – “Qarabağ” - 0:3

Qol: Kadi Borqes, 16, Marko Veşoviç, 67, Leandro Andrade, 69

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Kapital Bank Arena

AzVision.az


Teqlər:





Xəbər lenti