Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi o oldu

Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi o oldu
  10 Aprel 2022    Oxunub:1036
"Ferrari" pilotu Şarl Lekler Formula 1 üzrə dünya çempionatının üçüncü mərhələsi olan Avstraliya Qran Prisinin qalibi olub.
AzVision.az xəbər verir ki, Lekler həmçinin 1 dəqiqə 20,260 saniyə naticə iləd yarışda ən sürətli dövrəni qət edən pilot adını qazanıb. İkinci yeri "Red Bull" komandasının pilotu Serxio Peres (+20,524 saniyə), üçüncü yeri isə "Mercedes" komandasının təmsilçisi Corc Rassel (+25,593) tutub.

Turnir cədvəlində Lekler 71 xalla liderliyini davam etdirir. Rassel ümumi sıralamada Avstraliya Qran Prisini texniki nasazlıq səbəbindən başa vura bilməyən Ferstappen və Saynzı qabaqlayaraq ikinci pilləyə yüksəlib (37 xal). Üçüncü yeri Peres (30) tutur.

Çempionatın növbəti mərhələsi olan Emiliya-Romanya Qran Prisi aprelin 22-24-də İtaliyada keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti