İş adamı özəl təyyarə ilə Londondan Bakıya suşi gətizdirdi

   İş adamı özəl təyyarə ilə Londondan Bakıya suşi gətizdirdi
  10 Aprel 2022    Oxunub:954
"Çelsi"nin sahibi Roman Abramoviç Londondan Bakıya suşi gətirtmək üçün 40 min funt-sterlinq xərcləyib.

AzVision.az xəbər verir ki, bu barədə "The Scottish Sun" nəşri məlumat yayıb. Bildirilib ki, hadisə 2000-ci illərin əvvələrində baş verib. Həmin vaxt Bakıda olan rus iş adamının suşi istəyi o qədər çox olub ki, o, Londondakı sevdiyi yapon restoranlarının birindən Azərbaycan paytaxtına gətirilməsi üçün köməkçisi vasitəsi ilə suşi sifariş verib.
Bildirilib ki, Londonla Bakı arasında 2 min 500 mil məsafə yoldur və şəhərlər arasında uçuş müddəti 5 saat 30 dəqiqə təşkil edir.

Nəşr yazb ki, Abramoviç sifariş verdiyi suşinin qiyməti 1200 funt təşkil edib. Lakin əsas xərc təyyarəyə gedib. Suşinin Londondan Bakıya gətirilməsi üçün isə xüsusi təyyarəyə 40 min funt ödənilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra Britaniya hökuməti Abramoviçə sanksiyalar tətbiq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti