Ronaldodan Runiyə cavab: "İki paxıl"

Ronaldodan Runiyə cavab:  "İki paxıl"
  07 Aprel 2022    Oxunub:1144
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın sabiq kapitanı Ueyn Runinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Runi "Sky Sports"a açıqlamasında 37 yaşlı hücumçunun əvvəlki kimi oynamadığını deyib. Daha sonra o, həmin studiyadan "Liverpul"un keçmiş futbolçusu Ceym Karraqerlə birgə foto paylaşıb. Ronaldo isə paylaşımın şərh bölməsinə "İki paxıl" rəyini yazıb.

Qeyd edək ki, Runi 2004-2017-ci illərdə "qırmızı şeytanlar"da oynayıb. 2003-cü ildə "Mançester Yunayted"ə gələn Ronaldo 2009-cu ildə komandadan ayrılsa da, ötən ilin yayında kluba qayıdıb.

AzVision.az


Teqlər:





Xəbər lenti