Platininin tələbi ilə İnfantinoya cinayət işi qaldırıldı

Platininin tələbi ilə İnfantinoya cinayət işi qaldırıldı
  05 Aprel 2022    Oxunub:737
UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın hazırkı rəhbəri Canni İnfantinonu məhkəməyə verib.
AzVision.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. O, FİFA rəhbərini səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb. Platininin tələbi ilə artıq İnfantino ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb. Şikayət ərizəsi ötən ilin noyabrında verilib.

Platini eyni zamanda FİFA-nın hüquq departamentinin keçmiş direktoru Marko Villigeri də ittiham edib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. Mişel Platini isə 2007 - 2016-cı illərdə UEFA prezidenti olub.

AzVision.az



Teqlər:





Xəbər lenti