İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı barədə müzakirələr aparılıb

 İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı barədə müzakirələr aparılıb
  05 Aprel 2022    Oxunub:1304
Bu gün Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"İclasda qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı barədə səmərəli müzakirələr apardıq", -o qeyd edib.
AzVision.az



Teqlər:





Xəbər lenti