“Danone” Rusiya bazarını tərk etməyi düşünür

“Danone” Rusiya bazarını tərk etməyi düşünür
  05 Aprel 2022    Oxunub:1021
Fransanın “Danone” şirkəti Rusiya Federasiyasını tərk etmək imkanını nəzərdən keçirir
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” mənbəyə istinadən xəbər verir. Şirkətə yaxın mənbə agentliyə deyib ki, hazırda “Danone” Rusiyanı tərk etmək imkanlarını araşdırır. Bununla belə, indiki mərhələdə heç bir qərar verilməyib.

Bundan əvvəl Fransanın “Renault” şirkəti Rusiyada istehsal fəaliyyətini dayandırdığını elan etmişdi. Avtomobil istehsalçısı həmçinin qeyd edib ki, onlar AvtoVAZ-dakı payları ilə bağlı bütün mümkün variantları nəzərdən keçirirlər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Rusiya  





Xəbər lenti