Sahibkarlığa yeni dəstək mexanizmi yaradılır

   Sahibkarlığa  yeni dəstək mexanizmi  yaradılır
  04 Aprel 2022    Oxunub:848
Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərara dəyişiklik edilib.

Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlər yaradılması nəzərdə tutulur.

Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:

1. Güzəştli kredit mexanizmi üzrə

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə

2. Kredit faizlərinin subsidiyalaşdırılması üzrə

Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi.

Mexanizm üzrə şərtlər:

- Subsidiyanın müddəti: 1 ilədək;

- Kreditin müddəti: müddətdən asılı olmayaraq;

- Kreditin məbləği: 3 milyon manatadək;

- Kreditin faiz dərəcəsi: faiz dərəcəsindən asılı olmayaraq;

- Faizin subsidiyası: kredit faizinin 10% bəndinə qədər.

Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.

AzVision.az



Teqlər: Sahibkar  





Xəbər lenti