DÇ-2022-nin püşkü atıldı

   DÇ-2022-nin püşkü atıldı
  01 Aprel 2022    Oxunub:1516
Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya).

Püşkün nəticələrinə əsasən, 8 qrupun tərkibi aşağıdakı kimidir:

A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu
İngiltərə
İran
ABŞ
Şotlandiya /Ukrayna - Uels cütünün qalibi

C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu
Fransa
Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi
Danimarka
Tunis

E qrupu
İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi

F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti